Bakı. 6 İyun. REPORT.AZ/ “Bakı-2015”in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı.
1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “
Mərasim “Bakı-2015”ə həsr olunmuş bədii proqramla davam etdirildi. “Bakı-2015”in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.
Beləliklə, “Bakı-2015”in məşəli paytaxta qədəm qoymağa hazırdır. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – birinci Avropa Oyunlarının tarixi açılış mərasimi başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət edəcək.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib.