Yuxarı

Adil Əliyev

 - 

Milli Məclisin deputatı



2005

2005-2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komitəsinin üzvüdür.

2003

2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi vəzifəsini icra edib.

2000

2000-ci ildə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti təyin edilib.

1998

1998-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

1994

1994-2003-cü illərdə Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifələrində çalışıb.

1992

1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.

1969

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.