Bakı. 22 aprel. REPORT.AZ/ Almaniyanın qadın və kişilərdən ibarət yığmalarının baş məşqçiləri Lusiano Pedulla və Vital Heynen "Bakı 2015" I Avropa Oyunlarında yarışacaq voleybolçuların adlarını açıqlayıb. "Report"un məlumatına görə, hər iki mütəxəssis Almaniya Olimpiya rəsmiləri üçün seçilmiş 22 oyunçunun siyahısını təqdim etsə də, "Bakı 2015"də hər komandadan yalnız 14 oyunçu iştirak edəcək.
Qadınların ilkin siyahısında Azərbaycan Super Liqasında mübarizə aparan 2 voleybolçu da var. Bunlar "Azəryol"un liberosu Lenka Dürr və "Lokomotiv"də çıxış edən Liza Tomsendir.
Almaniya yığmalarının siyahısı:
Qadınlar: Yana-Frantsiska Poll, Anya Brandt, Saskia Hippe, Laura Veyhenmayer, Cennifer Gertis, Denis İmudu, Karina Olenbrok, Janine Fölker, Leonie Şvertmann, Vibke Silge, Luiza Lippmann, Liza İzquyerdo, Yulian Langgemax, Cennifer Pettke, Lena Stiqrot, Lenka Dürr, Liza Tomsen, Denis Hanke, Maren Brinker, Marqareta Kojux, Marin Apits və Ketlin Vays
Kişilər: Corc Klayn, Tomas Kotsian, Yaromir Tsaxrix, Matias Pompe, Sebastian Kühner, Morits Rayxert, Yan Zimmermann, Falko Steynke, Tom Ştrohbax, Leonhard Tille, Fillip Trenkler, Mixael Andrey, Marcus Böhme, Tim Broshoq, Byörn Höhne, Kristian Fromm, Simon Hirş, Denis Kaliberda, Lukas Kampa, Dirk Vestfal, Yoxen Şöps və Ferdinand Tille
Qeyd edək ki, Almaniyanın kişilərdən ibarət yığması Rusiya, İtaliya, Bolqarıstan, Belçika və Slovakiya ilə eyni qrupa düşüb. Qadın millisi isə Rusiya, Serbiya, Hollandiya, Bolqarıstan və Xorvatiyaya rəqib olub.