Bakı. 28 iyun. REPORT.AZ/ Dünyadakı iqtisadi böhran ilk Avropa Oyunlarının büdcəsinin məbləğinə təsir göstərə bilməzdi. Biz dövlət büdcəsindən -
Onun sözlərinə görə, manatın devalvasiyası nəticəsində yaranmış büdcə fərqi 134 mln. manat təşkil edib. Bu məbləğ də Maliyyə Nazirliyindən tələb olunmayıb və büdcənin qənaəti hesabına istifadə olunub.
A.Rəhimov qeyd edib ki, açılış və bağlanış mərasimlərinə 100 mln. manatdan az vəsait xərclənib və büdcədən əlavə məbləğ tələb olunmayıb.
Onun sözlərinə görə, planlaşdırılmamış xərclərlə birlikdə büdcə ümumilikdə 1,12 mlrd. dollar təşkil edib.
"Beləliklə, yuxarıda göstərilən əlavə büdcə xərcləri ilə birlikdə həmin vəsait ilkin nəzərdə tutulan səviyyədə qalıb və 960 milyon dollar təşkil edib. Biz isə ƏDV də nəzərə alınmaqla, 300 mln. manatdan artıq vəsaitə qənaət etmişik", - nazir bildirib.