Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda keçirilən Avropa Oyunlarının səviyyəsi o dərəcədə yüksək idi ki, Olimpiyadaların keçirilməsi standartlarına tam uyğun gəlirdi.
"Report" xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov bildirib.
"Bakı Oyunların keçirilməsi səviyyəsini yüksəyə qaldırdı. I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu, onları Olimpiya Oyunları ilə müqayisə etmək olar. Bu yarışların necə keçdiyini görüb, dörd ildən sonra ikinci Avropa Oyunlarını keçirmək istəyən ölkələrin olacağına əminəm",- Jukov deyib.
Qeyd edək ki, o, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin 2022-ci il Olimpiadasının keçirilməsi üzrə qiymətləndirmə komissiyasının sədridir.
İlk Avropa Oyunları 12-28 iyunda Bakıda keçirilib.