TİKA Naxçıvanda bir sıra layihələr həyata keçirmək niyyətindədir

TİKA Naxçıvanda bir sıra layihələr həyata keçirmək niyyətindədir Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti ilə görüş keçirib.
ASK
9 Avqust , 2024 19:18
TİKA Naxçıvanda bir sıra layihələr həyata keçirmək niyyətindədir

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti ilə görüş keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə yanaşı, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə və sektor müdirləri iştirak ediblər. Qeyd olunub ki, agentlik iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdə texniki əməkdaşlıq, o cümlədən yardım fəaliyyəti göstərməkdədir. Bu çərçivədə TİKA bu günə qədər Azərbaycanda bir çox layihələri uğurla icra edib. Agentlik Naxçıvan Muxtar Respublikasında da bir sıra layihələr həyata keçirmək niyyətindədir.

Görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb, kənd təsərrüfatı sektorunda innovativ layihələrin icrası, fermerlərin bilik və bacarıqlarının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi