Rusiyadan Azərbaycana üzüm idxalı bərpa edilib

ASK
  • 13 oktyabr, 2022
  • 09:48
Rusiyadan Azərbaycana üzüm idxalı bərpa edilib

Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 98,2 min ABŞ dolları dəyərində 109,1 ton üzüm (təzə) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 58 % çoxdur.

Çilidən 26,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,7 % çoxdur) 26,22 ton (+22,8 %), Rusiyadan 25,37 min ABŞ dolları dəyərində 36,24 ton, Cənubi Afrika Respublikasından 12,98 min ABŞ dolları dəyərində (-33,3 %) 12,98 ton (-33 %), İrandan 11,95 min ABŞ dolları dəyərində 11,95 ton (bir il əvvəl tədarük olmayıb), Perudan 11,9 min ABŞ dolları dəyərində (-39 %) 11,9 ton (-37,3 %) məhsul alınıb.

Beş ilin tamamından Rusiyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycandan xaricə (bir il əvvəl də olduğu kimi ancaq Rusiyaya) 377,76 min ABŞ dolları dəyərində (-23,5 %) 404,28 ton (-36 %) üzüm göndərilib.