Polşa Azərbaycandan çay idxalını bərpa edib
- 15 avqust, 2022
- 05:38
Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 29,338 milyon ABŞ dolları dəyərində 5 min 990 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31,3 %, kəmiyyət olaraq – 5,5 % çoxdur.
Şri-Lankadan 25,303 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 40 % artıb) 5 min 057 ton (+13 %), Rusiyadan 1,86 milyon ABŞ dolları dəyərində (+3,4 %) 335,04 ton (-12,5 %), Hindistandan 916,72 min ABŞ dolları dəyərində (-23,5 %) 281,01 ton (-12 %), Keniyadan 745,99 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 150 ton (+63 %), Vyetnamdan 201,17 min ABŞ dolları dəyərində (-68,3 %) 105,3 ton (-83,4 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 4,977 milyon ABŞ dolları dəyərində 838,93 ton qara çay ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 41,5 % və 86,6 % çoxdur.
Rusiyaya 2,256 milyon ABŞ dolları dəyərində (+7,4 dəfə) 522,61 ton (+10,6 dəfə), Gürcüstana 2,015 milyon ABŞ dolları dəyərində (-1,9 %) 237,58 ton (-10,3 %), Ukraynaya 348,77 min ABŞ dolları dəyərində (-47,7 %) 43,38 ton (-48,2 %), Birləşmiş Ərəb Əmirliklərinə 79,06 min ABŞ dolları dəyərində (+3 dəfə) 7,56 ton (+2,8 dəfə), Polşaya 57,64 min ABŞ dolları dəyərində 4,64 ton məhsul göndərilib.
Bir il 3 aylıq fasilənin ardından Polşa Azərbaycandan qara çay tədarükünü bərpa edib.