Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
"Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də bu konteksdə pivot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam etdirilir", - deyə o qeyd edib.
"Hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 %-i qədər güzəşt tətbiq edilir", - deyə nazir müavini əlavə edib.