Naxçıvanda aqrar emal müəssisələri yaradılacaq

Naxçıvanda aqrar emal müəssisələri yaradılacaq 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.
ASK
20 Sentyabr , 2023 13:21
Naxçıvanda aqrar emal müəssisələri yaradılacaq

2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyidir.

Bundan başqa, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı (ət və süd emalı, meyvə və tərəvəz emalı, o cümlədən meyvəqurutma, bal və s.), eləcə də şəkər və nişasta istehsalı, dəri və yun qəbulu, o cümlədən dəri emalı müəssisələrinin və qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviq edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi