Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edib

ASK
  • 20 fevral, 2026
  • 15:33
Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda bu, eləcə də Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, aqrar sığorta, pambıq tədarükçüləri ilə bağlı məsələlər, torpaqların icarəyə verilməsi, suvarma suyu ilə təminat, və digər məsələlərlə bağlı olub.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti