Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabr ayının 17-də Sabirabad rayonunda vətəndaşlarla görüş keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 050-317-58-00) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu (
Qeyd edək ki, görüş saat 11:00-da başlayacaq və görüşdə Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilər.