İvan Smilqin: "Belarus-Azərbaycan tərəfdaşlığı strateji səviyyəyə yüksəlib"

Biznes
  • 08 oktyabr, 2026
  • 13:52
İvan Smilqin: Belarus-Azərbaycan tərəfdaşlığı strateji səviyyəyə yüksəlib

Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyət strateji səviyyəyə çatıb.

"Report" xəbər verir ki, bunu Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilqin belaruslu ixracatçıların Azərbaycana biznes-missiyası zamanı bildirib.

"Azərbaycan dostluğa və hörmətə əsaslanan qarşılıqlı faydalı münasibətlər qurduğumuz etibarlı tərəfdaşımızdır. Dövlətlərimiz arasında xarici ticarət dövriyyəsi davamlı müsbət dinamika nümayiş etdirir", - nazir müavini qeyd edib.

İ.Smilqin vurğulayıb ki, iki ölkənin tərəfdaşlığı keyfiyyətcə yeni, strateji səviyyəyə keçib.

"Belarus istehsalçılarının müasir texnologiyalarını və Azərbaycan biznesinin yüksək peşəkarlığını birləşdirərək biz həm qarşılıqlı ticarət dövriyyəsini artırır, həm də hər iki dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə veririk. Belarus tərəfi təcrübə mübadiləsi aparmağa və B2B formatında danışıqlar təşkil etməyə hazırdır. Bütün bunlar dövlətlərimizin və işgüzar dairələrimizin yeni inkişaf nöqtələri tapmasına yönəlib. Belarus Azərbaycanın etibarlı tərəfdaşı olub və olmaqda davam edir. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasını yüksək qiymətləndiririk", - İ.Smilqin bildirib.

44 - Tezliklə