İnam Kərimov Neftçalada vətəndaşları qəbul edib

İnam Kərimov Neftçalada vətəndaşları qəbul edib Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Salyan və digər rayonlardan olan vətəndaşları qəbul edib.
ASK
7 Oktyabr , 2022 14:13
İnam Kərimov Neftçalada vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Salyan və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 47 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi