İki ölkədən Azərbaycana düyü idxalı bərpa edilib

ASK
  • 13 oktyabr, 2022
  • 05:40
İki ölkədən Azərbaycana düyü idxalı bərpa edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 31,203 milyon ABŞ dolları dəyərində 36 min 818 ton düyü alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Hindistandan 24,695 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37,2 % çoxdur) 26 min 210 ton (+19,2 %), Qazaxıstandan 2,71 milyon ABŞ dolları dəyərində (+85 %) 4 min 566 ton (+38,4 %), Rusiyadan 2,354 milyon ABŞ dolları dəyərində (+5,4 %) 4 min 147 ton (-2,1 %), Tailanddan 768,1 min ABŞ dolları dəyərində (+22,3 %) 1 min 20 ton (+27 %), Pakistandan 480,51 min ABŞ dolları dəyərində (-28,6 %) 663,53 ton (-32,3 %) məhsul gətirilib.

Bir il 7 aylıq fasilənin ardından Uruqvaydan, 1 il 3 ayın tamamında Perudan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 21,11 min ABŞ dolları dəyərində 19 ton və 0,05 min ABŞ dolları dəyərində 0,02 ton düyü alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (25 ölkədən) 46 min 765 ton düyünün 64,6 %-i Hindistanın, 15 %-i Qazaxıstanın, 13,4 %-i Rusiyanın, 4,8 %-i Pakistanın, 1,7 %-i Tailandın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti