Füzulidə qadın fermerlərin təsərrüfatlarının inkişafı üçün dəstək göstərilib

Füzulidə qadın fermerlərin təsərrüfatlarının inkişafı üçün dəstək göstərilib Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində Füzuli rayonunda aqrar sahədə fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.
ASK
25 İyul , 2023 11:41
Füzulidə qadın fermerlərin təsərrüfatlarının inkişafı üçün dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində Füzuli rayonunda aqrar sahədə fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.

Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə 6 saylı Qayıdış qəsəbəsində yerləşən fermer təsərrüfatında görüş keçirilib.

AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Merdinli, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Hüseynbəyli və Yuxarı Veysəlli kəndlərindən olan ümumilikdə 16 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin qadın fermerlərə fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib. Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (havalandırma avadanlığı, toyuqyolan aparat, 3 aylıq toyuq yemi, yem və su qabları, kompüter və s.) və aktivlərlə (hər birinə 100 ədəd olmaqla ümumilkdə 1 600 yumurtalıq toyuq) təmin olunublar.

Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bugünədək layihəyə 1 350-yə yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 274 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 318 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi