İbrahim Yumaklı: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionun xeyrinə olacaq

Region
  • 16 oktyabr, 2026
  • 14:26
İbrahim Yumaklı: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionun xeyrinə olacaq

Ankara və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin sürətləndirilməsi bütün region üçün ciddi faydalar yaradacaq.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İrəvanda, COP17 çərçivəsində jurnalistlərə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

"Bu proses hər iki ölkə və bütövlükdə region üçün ciddi faydalar yaradacaq", – türkiyəli nazir deyib.

Onun sözlərinə görə, forumda çox yaxşı görüşlər keçirilib, bunlar da müxtəlif ölkələrə müsbət siqnallar göndərəcək.

Qeyd edək ki, Yumaklı İrəvanda keçirilən forumda Türkiyə nümayəndə heyətinə rəhbərlik edir.

44 filmi