FAO qida itkisinə səbəb olan əsas problemləri açıqlayıb

FAO qida itkisinə səbəb olan əsas problemləri açıqlayıb “Qida, tədarük zəncirinin hər mərhələsində müxtəlif səbəblərə görə, o cümlədən qeyri-adekvat infrastruktur, zəif nəqliyyat və logistika sistemləri, bilik çatışmazlığı, zəif qida təhlükəsizliyi, gigiyena qaydalarına əməl etməmə və qeyri-düzgün rəftar, hədd
ASK
17 May , 2022 12:23
FAO qida itkisinə səbəb olan əsas problemləri açıqlayıb

“Qida, tədarük zəncirinin hər mərhələsində müxtəlif səbəblərə görə, o cümlədən qeyri-adekvat infrastruktur, zəif nəqliyyat və logistika sistemləri, bilik çatışmazlığı, zəif qida təhlükəsizliyi, gigiyena qaydalarına əməl etməmə və qeyri-düzgün rəftar, həddindən artıq istehsal, bazarların olmaması, qeyri-dürüst ticari təcrübələr, səhlənkarlıq, istehlakçı tələbi və üstünlükləri və s. səbəbdən itirilir və ya israf olunur”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda Qida İtkisi və İsrafının (Qİİ) Azaldılması üzrə Strateji Yol Xəritəsinin tərtibi Milli Maraqlı Tərəflərlə Məsləhətləşmə Seminarı çərçivəsində jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqramlar üzrə mütəxəssisi Kaan Başaran bildirib.

O qeyd edib ki, Avropa və Mərkəzi Asiyada Qİİ Proqramının tətbiqi zamanı biz Qİİ-nin qarşısının alınması və azaldılması cəhdlərinə mane olan bir neçə ümumi problemi müəyyənləşdiriblər:

“Bunlara ilk olaraq qida itkisi və israfının miqdarı, həm də itki və israfın kritik nöqtələri barədə etibarlı məlumatların olmaması daxildir. Məlumat, qida itkisi və israfını azaltmaq üçün effektiv strategiya və müdaxilələri formalaşdırmaq və prioritetləşdirmək və investisiya qərarlarını əsaslandırmaq məqsədilə siyasətçilər və qida təchizatı zəncirindəki fərdlər üçün çox vacibdir.

Digər narahatlığa səbəb olan sahə dövlət siyasəti və tənzimləmə, eləcə də makroiqtisadi məzmunudur ki, bu da təchizat zəncirindəki oyunçuların necə fəaliyyət göstərməsinə və beləliklə, Qİİ-nin drayveri ola bilməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Mövcud siyasət və tənzimləmə mexanizmləri digər oyunçuları hərəkətə keçməyə həvəsləndirmək məqsədilə yenidən nəzərdən keçirilməlidir”.

K.Başaran onu da əlavə edib ki, məhsul yığımı, yığım sonrası və saxlama üçün istifadə edilən avadanlıqlar kimi texnoloji təkmilləşdirmələrə sərmayə ehtiyacını və Qİİ-nin mürəkkəbliyi haqqında məlumatlılığın təkmilləşdirilməsi, onun VC oyunçuları, istehlakçılar, xidmət təminatçıları və ətraf mühit və Qİİ-nin azaldılmasında mümkün həllərə olan təsirlərini müşahidə edirlər.

Son xəbərlər

Orphus sistemi