Azərbaycanda ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 63,3 milyon manat və yaxud 18,7 % çoxdur.
“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.
Məlumatda bildirilir ki, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılıb.
Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçılarının lizinqə götürdüyü və satınalınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 %-i ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 %-i həcmində güzəşt tətbiq edilib.