Çindən Azərbaycana nərə balığı tədarükü bərpa edilib
- 17 oktyabr, 2022
- 12:27
2022-ci ilin ilk 7 ayında Azərbaycan 1,328 milyon ABŞ dolları dəyərində 705,2 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 38 % azdır.
Hesabat dövründə Rusiyadan 518,57 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45,5 % azdır) 423,7 ton (-50 %), İtaliyadan 290,28 min ABŞ dolları dəyərində 48,54 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 265,55 min ABŞ dolları dəyərində (+3,9 dəfə) 170 ton (+3,5 dəfə), Polşadan 98,12 min ABŞ dolları dəyərində (-33,3 %) 12,58 ton (-87,8 %), Çindən 60,05 min ABŞ dolları dəyərində 14 ton məhsul alınıb.
İki il 8 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.