Fermerlərinin işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsi təmin olunub 

Fermerlərinin işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsi təmin olunub  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq mal-qaranın və arı ailələrinin yay mövsümündə Laçın, Kəlbəcər v
ASK
3 Avqust , 2024 23:01
Fermerlərinin işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsi təmin olunub 

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq mal-qaranın və arı ailələrinin yay mövsümündə Laçın, Kəlbəcər və digər rayonların ərazilərinə köçürülməsi təmin edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, yay və qış otlaqlarından səmərəli istifadə planlarının hazırlanması və müvafiq rayonların ərazilərinə heyvanların dislokasiya edilməsi ilə əlaqədar mal-qaranın və arı ailələrinin yay mövsümündə Laçın, Kəlbəcər və digər rayonların ərazilərinə köçürülməsinə ilkin olaraq 2023-cü ilin yaz aylarından başlanılıb.

2024-cü ilin aprel ayının 1-dən isə Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək fermerlərin qeydiyyatına start verilib. Cari ildə rayon üzrə 22 fermer təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına köç etməsi üçün müraciət edib. 1 may 2024-cü il tarixdən başlayaraq fermerlərin şəxsi təsərrüfatlarında olan 9 054 baş xırdabuynuzlu, 645 baş iribuynuzlu, 57 baş təkdırnaqlı heyvanların yaylaqlara köçürülməsinə başlanılıb və may ayının sonuna qədər bütün təsərrüfatların yaylaqlara köçürülməsi təmin edilib.

Hazırda həmin təsərrüfatlardan 17 fermerin 7 011 baş xırdabuynuzlu, 463 baş iribuynuzlu, 45 baş təkdırnaqlı heyvanı Laçın rayonunun, 5 fermerin 2043 baş xırdabuynuzlu, 182 baş iribuynuzlu, 12 baş təkdırnaqlı heyvanı Kəlbəcər rayonunun yaylaqlarındadır. Ötən illə müqayisədə cari ildə yaylaqlara 5357 baş çox xırdabuynuzlu, 469 baş çox iribuynuzlu heyvan aparılıb.

Həmçinin cari ildə rayonda 37 arıçı 1 510 arı ailəsini işğaldan azad edilmiş ərazilərə köçürmək üçün müraciət etmişdir ki, bu da ötən illə müqayisədə 673 arı ailəsi çox olub. Onlardan 32 arıçının 1302 arı ailəsi Cəbrayıl rayonuna, 5 arıçının 208 arı ailəsi isə Laçın rayonuna köçürülüb.

Son xəbərlər

Orphus sistemi