Azərbaycanın çay idxalı ixracını 7 dəfə üstələyib
- 25 fevral, 2019
- 08:55
Bakı. 25 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan 660 min ABŞ dolları dəyərində 107,9 ton çay ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bunlar, ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə həcm baxımından 51,3 ton (90,5%), məbləğ baxımından isə 288,75 min dollar (77,8%) çoxdur.
Eyni zamanda, bu ilin ilk ayında Azərbaycan 2,455 mln. dollar dəyərində 708,8 ton çay idxal edib. Bunlar, ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə həcm baxımından 360,6 ton (33,7%), məbləğ baxımından isə illik nisbətdə 1,7 mln. dollar (40,9%) azdır.
Ay ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının isə 0,2% təşkil edib. İdxal ixracı 6,6 dəfə üstələyib.