Azərbaycandan 4 ölkəyə kələm ixracı bərpa edilib
- 18 oktyabr, 2022
- 12:42
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 1,382 milyon ABŞ dolları dəyərində 3 min 398 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36 dəfə, kəmiyyət olaraq – 39 dəfə çoxdur.
İrandan 1,236 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35,4 dəfə çoxdur) 3 min 065 ton (+36,5 dəfə), Türkiyədən 113,45 min ABŞ dolları dəyərində 259,47 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistandan 19,2 min ABŞ dolları dəyərində 48 ton, Gürcüstandan 6,48 min ABŞ dolları dəyərində 16,2 ton (tədarük olmayıb), Niderlanddan 6,91 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 8,8 ton (+2,2 dəfə) və İspaniyadan 0,34 min ABŞ dolları dəyərində 0,42 ton məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib. Bir il 6 aylıq fasilənin ardından İspaniyadan idxal bərpa edilib.
Hesabat dövründə Azərbaycandan xaricə 403,88 min ABŞ dolları 993,36 ton kələm göndərilib (bir il əvvəl tədarük olmayıb).
Rusiyaya 284,62 min ABŞ dolları dəyərində 689,61 ton, Belarusa 54,44 min ABŞ dolları dəyərində 91,2 ton, Gürcüstana 35,75 min ABŞ dolları dəyərində 155,45 ton və Ukraynaya 29,1 min ABŞ dolları dəyərində 57,1 ton məhsul satılıb.
İki il üç aylıq aradan sonra Gürcüstana, 2 il 2 ayılıq fasilənin ardından Belarusa, 1 il 4 ayın tamamında Ukraynaya və 1 il 2 aydan sonra Rusiyaya tədarük bərpa edilib.