Azərbaycanda taxılçılıq sahəsində dövlət proqramı hazırlanır
- 08 iyun, 2018
- 08:16
Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda taxılçılıq sahəsində dövlət proqramı hazırlanır.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov "Dövlət Taxıl Fondu üçün bu il ölkədə istehsal olunan keyfiyyətli buğdanın tədarükünə dair elanla" əlaqədar keçirilmiş mətbuat konfransında deyib.
O bildirib ki, ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin diqqət mərkəzindədir: "Bu, ərzaq istehsalçıları qarşısında mühüm vəzifələr qoyur. Hazırda 4 Aqropark fəaliyyətə başlayır. 119 min hektar sahədə əkin biçinə başlanıb. Taxıl strateji əhəmiyyətə malikdir. Ona görə də daim dövlətin diqqətindədir. Hazırda ölkədə arpa biçilir. Biz bunu nəzərə alaraq buğda biçini vaxtı fermerlərin müraciət edəcəkləri ünvan barədə məlumatlanmaları üçün elan vermişik".
"Taxılçılıq sahəsində dövlət proqramına dair tapşırıq verilib. Hazırda bu istiqamətdə işlər aparılır ",-deyə Taxıl Fondunun rəhbəri bildirib.