Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək

Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək ​​​​​​​Azərbaycanın "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"sının təsdiqi gözlənilir.
ASK
28 Avqust , 2024 13:35
Azərbaycanda Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya təsdiqlənəcək

Azərbaycanın "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"sının təsdiqi gözlənilir.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, strategiya hökumətə təqdim edilib: “Belə ki, strategiya su ehtiyatlarının idarə edilməsi ilə bağlı yanaşmasının tətbiq edilməsi və ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının, eləcə də su təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Milli Strategiya qısamüddətli (6 il), ortamüddətli (6-12 il) və uzunmüddətli (12-18 il) məqsədlərin həyata keçirilməsini nəzərdə tutur”.

R. Verdiyev qeyd edib ki, strategiyanın tətbiqi ilə ölkənin su sektorunda təşkilatı və tənzimləyici çərçivə gücləndiriləcək: “Həmçinin, su obyektlərinin ekoloji statusunu müəyyən etmək üçün monitorinq sistemi inkişaf etdiriləcək, yerüstü və yeraltı sular (o cümlədən termal və mineral suların öyrənilməsi və idarə edilməsi də daxil olmaqla) üçün məlumat bazası yaradılacaq, içməli su təchizatının yaxşılaşdırılması və tullantı suların təmizlənməsi sistemi təkmilləşdiriləcək".

Son xəbərlər

Orphus sistemi