Azərbaycanda çəltik biçini başa çatıb

Azərbaycanda çəltik biçini başa çatıb Azərbaycanda bu il 9 rayonda əkilmiş çəltiyin biçini başa çatıb və sahələrdən ötən illə müqayisədə 858 ton çox - 11 558 ton məhsul yığılıb.
ASK
1 Dekabr , 2022 16:38
Azərbaycanda çəltik biçini başa çatıb

Azərbaycanda bu il 9 rayonda əkilmiş çəltiyin biçini başa çatıb və sahələrdən ötən illə müqayisədə 858 ton çox - 11 558 ton məhsul yığılıb.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, çəltik əkinlərinin ümumi sahəsi 3 194 hektardır. Ən çox Lənkəran (802 hektar), Ağdaş (681 hektar) və Ucar (678 hektar) rayonlarında çəltik əkilib.

Bu il orta məhsuldarlıq 36,2 sent/hektar təşkil edib ki, bu da ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/hektar çoxdur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.

Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institututda “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsi yaradılıb. Həmçinin çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur yaradılıb.

2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2020-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1,0-1,5 hektar sahədə toxumluq məqsədi ilə “Avanqard” sortunun superelit reproduksiyalı əkini aparılır və 2,5-3 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir.

Son xəbərlər

Orphus sistemi