Azərbaycan və ITFC aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və ITFC aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib Azərbaycan və Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
ASK
16 Noyabr , 2024 16:08
Azərbaycan və ITFC aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovun ölkəmizdə səfərdə olan ITFC-nin rəhbəri Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

M.Məmmədov COP29-un əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Azərbaycanın İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən ITCF ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

H.S.Sonbol isə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələr barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi maliyyə qurumu Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonaq COP29-un həm də tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynadığını deyib.

Son xəbərlər

Orphus sistemi