Azərbaycan və Böyük Britaniya aqrar sahədə İşçi Qrup yarada bilər

Azərbaycan və Böyük Britaniya aqrar sahədə İşçi Qrup yarada bilər Azərbaycan ilə Böyük Britaniya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması müzakirə edilib.
ASK
5 Mart , 2024 16:38
Azərbaycan və Böyük Britaniya aqrar sahədə İşçi Qrup yarada bilər

Azərbaycan ilə Böyük Britaniya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması müzakirə edilib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu barədə müzakirələr nazir Məcnun Məmmədovla Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld arasında aparılıb.

Nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib, Prezidenti İlham Əliyevin işğaldan azad olunan əraziləri “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu, Böyük Britaniya şirkətləri ilə həmin ərazilərdə investisiya imkanlarının araşdırılması və qabaqcıl təcrübələrin tətbiqi sahəsində əməkdaşlığın mümkünlüyü qeyd olunub, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması və fəaliyyət planının hazırlanması müzakirə edilib.

Bununla yanaşı, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq-su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında Böyük Britaniya mütəxəssislərinin dəstəyi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə edilib, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi