Azərbaycan Türkiyədən heyvan yeminin alışını 218 dəfə artırıb

ASK
  • 22 may, 2025
  • 17:06
Azərbaycan Türkiyədən heyvan yeminin alışını 218 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 26,8 milyon ABŞ dolları dəyərində 60 334 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 57 % çoxdur.

Hesabat dövründə Azərbaycan Argentinadan 16,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 32 950 ton (+55 %), Rusiyadan 7,94 milyon ABŞ dolları dəyərində (+31 %) 22 450 ton (+61 %), Ukraynadan 1,78 milyon ABŞ dolları dəyərində (+16 %) 3 859 ton (+41 %), Qazaxıstandan 268 min ABŞ dolları dəyərində (+87 %) 1 050 ton (+2,4 dəfə), Türkiyədən 14,4 min ABŞ dolları dəyərində (+33 dəfə) 24 ton (+218 dəfə) yem alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 183 min ton heyvan yeminin 59,4 %-i Argentinanın payına düşüb.