Azərbaycan Səudiyyə Ərəbistanına soğan tədarük etməyə başlayıb

ASK
  • 24 noyabr, 2023
  • 08:57
Azərbaycan Səudiyyə Ərəbistanına soğan tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 6,2 milyon ABŞ dolları dəyərində 21 min 133 ton soğan ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq 93 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 90 % çoxdur) 5 min 506 ton (+99,5 %), Ukraynaya 2,1 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 6 min 758 ton (+8 dəfə), Gürcüstana 1,71 milyon ABŞ dolları dəyərində (+28 %) 8 min 403 ton (+21 %), Moldovaya 48,21 min ABŞ dolları dəyərində 190,33 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 30,92 min ABŞ dolları dəyərində (-47 %) 103,7 ton (-55 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanın (12 min ABŞ dolları dəyərində 1 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilən 12 min 939 ton soğanın 65,8 %-i Gürcüstanın payına düşüb.