Azərbaycan Omana nar ixrac etməyə başlayıb
- 09 yanvar, 2025
- 13:02
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 16,4 milyon ABŞ dolları dəyərində 18 606 ton nar ixrac edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % az, kəmiyyət olaraq – 6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 14,48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 16 099 ton (+10 %), Ukraynaya 806 min ABŞ dolları dəyərində (-30 %) 807 ton (-40 %), Gürcüstana 745 min ABŞ dolları dəyərində (+30 %) 1 243 ton (+16,3 %), Qazaxıstana 155 min ABŞ dolları dəyərində (-3 %) 219 ton (+7 %), Belarusa 135 min ABŞ dolları dəyərində (-50 %) 152 ton (-44 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omana (18,5 min ABŞ dolları dəyərində 21,8 ton) tədarük həyata keçirilib.