Azərbaycan Misirdən banan almağa başlayıb
- 16 aprel, 2025
- 14:19
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 9,51 milyon ABŞ dolları dəyərində 11 028 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 4,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 9,46 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 10 985 ton (+4,1 %), Misirdən 17 min ABŞ dolları dəyərində 21,16 ton, Kosta-Rikadan 16,8 min ABŞ dolları dəyərində (+8 %) 19,6 ton (-11 %), Filippindən 11,77 min ABŞ dolları dəyərində 1,9 ton (bir il əvvəl tədarük olmayıb), Tailanddan 0,62 min ABŞ dolları dəyərində (-83 %) 0,1 ton (-80 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Misirdən həyata keçirilib.