Azərbaycan iki ölkədən papaya tədarük etməyə başlayıb

ASK
  • 08 avqust, 2024
  • 11:04
Azərbaycan iki ölkədən papaya tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 10,74 min ABŞ dolları dəyərində 1,33 ton papaya gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Lüksemburqdan 9,22 min ABŞ dolları dəyərində 1,1 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 0,79 min ABŞ dolları dəyərində 0,1 ton, Braziliyadan 0,47 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % azdır) 0,03 ton (-90 %), Misirdən 0,1 min ABŞ dolları dəyərində 0,02 ton, Tailanddan 0,1 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən və Misirdən tədarük həyata keçirilib.