Azərbaycan Gürcüstanın mal-qara satdığı ikinci əsas bazardır
- 24 yanvar, 2024
- 07:05
2023-cü ildə Gürcüstan Azərbaycana 19,24 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan (diri) ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 16 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın mal-qara ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 79,6 milyon ABŞ dolları dəyərində mal-qara satıb ki, bu da bir il əvvəlki göstəricidən 37 % çoxdur.
Ötən il Gürcüstandan İraqa 59,6 milyon ABŞ dolları dəyərində, İrana 377 min ABŞ dolları dəyərində və Ermənistana 348 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 58 milyon ABŞ dolları dəyərində mal-qara ixrac edib ki, bunun da 23 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.