Azərbaycan əsas tədarük bazarından dondurulmuş donuz əti alışını 5 dəfədən çox artırıb
- 27 may, 2022
- 08:32
Bu ilin ilk üç ayı ərzində Azərbaycan xaricdən 641,46 min ABŞ dolları dəyərində 297,26 ton dondurulmuş donuz əti alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,2 %, kəmiyyət olaraq – 13,4 % azalıb.
Hesabat dövründə Braziliyadan 570,29 min ABŞ dolları dəyərində 264,01 ton, Almaniyadan 59,4 min ABŞ dolları dəyərində 28,81 ton, Macarıstandan 5,37 min ABŞ dolları dəyərində 2,11 ton, Niderlanddan 2,81 min ABŞ dolları dəyərində 0,81 ton, Paraqvaydan 2,21 min ABŞ dolları dəyərində 1 ton və İtaliyadan 1,37 min ABŞ dolları dəyərində 0,51 ton məhsul gətirilib.
Ötən ilin birinci rübü ilə müqayisədə Braziliyadan idxal müvafiq olaraq 4,4 dəfə və 5,3 dəfə artıb, Almaniyadan – 2,3 dəfə və 3,7 dəfə artıb, Macarıstandan – 29,4 % və 38,8 % artıb, Niderlanddan – 23 dəfə və 30 dəfə azalıb. Bir il əvvəl Paraqvay və İtaliyadan tədarük olmayıb.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən aldığı 966 ton dondurulmuş donuz ətinin 57 %-i Braziliyanın payına düşüb.