Azərbaycan əsas tədarük bazarına makaron ixracını 92 dəfə artırıb

ASK
  • 31 mart, 2023
  • 06:12
Azərbaycan əsas tədarük bazarına makaron ixracını 92 dəfə artırıb

Bu ilin ilk ayında Azərbaycandan xaricə 118,14 min ABŞ dolları dəyərində 213 ton makaron məmulatları (kuskusdan başqa) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Azərbaycandan Gürcüstana 82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 164 dəfə çoxdur) 138 ton (+92 dəfə), İraqa 36,12 min ABŞ dolları dəyərində 75 ton (bir il əvvəl tədarük olmayıb) və Rusiyaya 0,06 min ABŞ dolları dəyərində (-99,9 %) 0,09 ton (-99,9 %) məhsul ixrac edilib.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycandan ixrac edilən (7 ölkəyə) 2 min 306 ton makaron məmulatının 92,4 %-i Gürcüstanın payına düşüb.

2023-cü ilin yanvar ayında Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində (+2,6 %) 774 ton (-24 %) makaron məmulatları idxal edilib.

Azərbaycan Türkiyədən 456 min ABŞ dolları dəyərində (-6 %) 453 ton (-27 %), Rusiyadan 297 min ABŞ dolları dəyərində (-37%) 137 ton (-58 %), İtaliyadan 185 min ABŞ dolları dəyərində (+219 dəfə) 119 ton (+259 dəfə), Ukraynadan 63,42 min ABŞ dolları dəyərində (-10,6 %) 30 ton (-8 %), Gürcüstandan 50 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.