Azərbaycan daha bir ölkəyə çay ixrac etməyə başlayıb
- 04 oktyabr, 2022
- 05:49
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xaricdən 41,41 milyon ABŞ dolları dəyərində 8 min 312 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 % çoxdur, kəmiyyət olaraq – 3,4 % azdır.
Şri-Lankadan 36,083 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21,4 % çoxdur) 7 min 084 ton (+1,7 %), Rusiyadan 2,731 milyon ABŞ dolları dəyərində (-1 %) 503,84 ton (-13,4 %), Hindistandan 1,085 milyon ABŞ dolları dəyərində (-36 %) 343,47 ton (-27,2 %), Keniyadan 745,99 min ABŞ dolları dəyərində (+36,6 %) 150 ton (+10,3 %), Vyetnamdan 201,17 min ABŞ dolları dəyərində (-68,3 %) 105,3 ton (-70 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 7,343 milyon ABŞ dolları dəyərində (+60,5 %) 1 min 203 ton (+2,1 dəfə) qara çay ixrac edib.
Rusiyaya 3,393 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 739,95 ton (+15 dəfə), Gürcüstana 2,805 milyon ABŞ dolları dəyərində (+4 %) 332,91 ton (-4,4 %), Ukraynaya 649,79 min ABŞ dolları dəyərində (-30,5 %) 80,39 ton (-31,6 %), Birləşmiş Ərəb Əmirliklərinə 146,57 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 14,94 ton (+2,5 dəfə), Polşaya 68,77 min ABŞ dolları dəyərində 5,75 ton, Pakistana 13,76 min ABŞ dolları dəyərində 1,52 ton və Qətərə 1,81 min ABŞ dolları dəyərində 0,14 ton məhsul göndərilib.
Bir il 4 aylıq fasilənin ardından Qətər, 1 il 3 ayın tamamında Polşa Azərbaycandan çay alışını bərpa edib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistana tədarük həyata keçirilib.