Azərbaycan daha bir ölkədən traktor tədarükünə başlayıb

ASK
  • 17 oktyabr, 2022
  • 10:59
Azərbaycan daha bir ölkədən traktor tədarükünə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 17,1 milyon ABŞ dolları dəyərində 707 ədəd təkərli traktor (yarımqoşqular üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,6 %, kəmiyyət olaraq – 22,7 % azdır.

Hesabat dövründə Almaniyadan 10,453 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60,7 % çoxdur) 503 ədəd (+44,5 %), Niderlanddan 9,822 milyon ABŞ dolları dəyərində (+44,7 %) 475 ədəd (+39,3 %), Rusiyadan 4,384 milyon ABŞ dolları dəyərində (+38,4 dəfə) 58 ədəd (+29 dəfə), İsveçdən 4,149 milyon ABŞ dolları dəyərində (+13,6 %) 215 ədəd (+18,1 %), Fransadan 1,133 milyon ABŞ dolları dəyərində (+91 %) 62 ədəd (+2,1 dəfə) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük həyata keçirilib. Həmin ölkədən 66,1 min ABŞ dolları dəyərində 3 ədəd traktor idxal edilib.