Azərbaycan daha bir ölkədən fındıq tədarük etməyə başlayıb

ASK
  • 22 iyun, 2022
  • 13:13
Azərbaycan daha bir ölkədən fındıq tədarük etməyə başlayıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 49,219 milyon ABŞ dolları dəyərində 8 min 665 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,3 %, kəmiyyət olaraq – 49,5 % çoxdur.

İtaliyaya 23,456 milyon ABŞ dolları dəyərində 3 min 762 ton, Rusiyaya 13,06 milyon ABŞ dolları dəyərində 2 min 417 ton, Almaniyaya 9,038 milyon ABŞ dolları dəyərində 1 min 423 ton, Qazaxıstana 1,336 min ABŞ dolları dəyərində 563,11 ton, Lüksemburqa 744 min ABŞ dolları dəyərində 120 ton məhsul ixrac edilib.

2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə İtaliyaya tədarük müvafiq olaraq 4,1 dəfə və 4,4 dəfə artıb, Rusiyaya – 30,8 % və 22,8 % azalıb, Almaniyaya – 47,7 % və 67,2 % artıb, Qazaxıstana – 2,2 dəfə və 2,2 dəfə artıb, Lüksemburqa – 12,7 % və 20 % artıb.

Hesabat dövründə Azərbaycana xaricdən 1,467 milyon ABŞ dolları dəyərində 233,08 ton meşə fındığı (qabığı təmizlənmiş) gətirilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 4,2 dəfə və 3,1 dəfə çoxdur.

Almaniyadan 710,38 min ABŞ dolları dəyərində 111,62 ton, İtaliyadan 415,92 min ABŞ dolları dəyərində 70 ton, Bolqarıstandan 130,2 min ABŞ dolları dəyərində 21 ton, İspaniyadan 144,3 min ABŞ dolları dəyərində 20 ton, Polşadan 64 min ABŞ dolları dəyərində 10 ton, Türkiyədən 2,09 min ABŞ dolları dəyərində 0,46 ton məhsul alınıb.

2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə Almaniyadan idxal müvafiq olaraq 5 dəfə və 5,6 dəfə artıb. Bir il əvvəl İtaliya və Türkiyədən fındıq alınmayıb.

Beş il 11 aylıq fasilənin ardından İspaniyadan, 2 illik aradan sonra Polşadan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan fındıq alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti