Azərbaycan Braziliyadan qarğıdalı idxalını bərpa edib

ASK
  • 03 fevral, 2025
  • 12:53
Azərbaycan Braziliyadan qarğıdalı idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 20,53 milyon ABŞ dolları dəyərində 67 576 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 13,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 65 737 ton (+2 %), Türkiyədən 2,7 milyon ABŞ dolları dəyərində (-16 %) 1 066 ton (+42 %), Serbiyadan 811 min ABŞ dolları dəyərində (-35 %) 127 ton (-46 %), Rumıniyadan 665 min ABŞ dolları dəyərində (+55 %) 126 ton (+45 %), Ukraynadan 601 min ABŞ dolları dəyərində (+77 %) 115 ton (+47 %) məhsul alıb.

Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Braziliyadan (57,8 min ABŞ dolları dəyərində 75 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti