Azərbaycan Argentinadan yaşıl çay idxal etməyə başlayıb

ASK
  • 13 dekabr, 2024
  • 09:59
Azərbaycan Argentinadan yaşıl çay idxal etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,34 milyon ABŞ dolları dəyərində 227,5 ton yaşıl çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 79 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 489 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çoxdur) 70 ton (+75 %), Çindən 422 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 125 ton (+2,6 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 106 min ABŞ dolları dəyərində (+0,3 %) 9,52 ton (+5 %), Şri-Lankadan 79,6 min ABŞ dolları dəyərində (+86 %) 8,13 ton (+2,3 dəfə), Türkiyədən 65,7 min ABŞ dolları dəyərində (-36 %) 4,13 ton (-37 %) yaşıl çay alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinadan (0,11 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.