Aqrar Tədqiqatlar Mərkəzi ilə Amerika Əməkdaşlıq İnstitutu Anlaşma Memorandumu imzalayacaq

Aqrar Tədqiqatlar Mərkəzi ilə Amerika Əməkdaşlıq İnstitutu Anlaşma Memorandumu imzalayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu (IICA) arasında Anlaşma Memorandumu imzalana bilər.
ASK
3 Oktyabr , 2024 14:32
Aqrar Tədqiqatlar Mərkəzi ilə Amerika Əməkdaşlıq İnstitutu Anlaşma Memorandumu imzalayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu (IICA) arasında Anlaşma Memorandumu imzalana bilər.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) rəhbərliyi ilə görüşü zamanı bildirib.

Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, IICA-nın rəqəmsal platforması olan Aqro-ərzaq Sistemləri üzrə Dövlət Siyasəti Observatoriyasının (OPSAa) koordinatoru Hoakin Arias, iqtisadiyyat üzrə mütəxəssisi Evgeniya Salazar, IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best və IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler iştirak ediblər.

Görüşdə IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler deyib ki, özünün də təmsil olunacağı böyük bir komanda bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək. IICA Sessiya çərçivəsində Bakıda dayanıqlı kənd təsərrüfatı və aqro-ərzaq sistemləri ilə bağlı da bir sıra görüşlər keçirməyi nəzərdə tutur.

Sonda Rəşad Hüseynov COP29-da iştirak fürsətindən yararlanaraq hər iki qurumun nümayəndələrinin görüşünün keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanda görüşməyi və əlaqələrin genişləndirilməsi, koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib.

Son xəbərlər

Orphus sistemi