Türkiyə rəsmisi: "BTQ ilə Çindən Avropaya yük daşımaları artacaq"

Türkiyə rəsmisi: "BTQ ilə Çindən Avropaya yük daşımaları artacaq" Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Çindən Avropaya hərəkət edən yük qatarlarının sayı - yük daşımaları artacaq.
Analitika
23 Dekabr , 2019 16:34
Türkiyə rəsmisi: BTQ ilə Çindən Avropaya yük daşımaları artacaq

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Çindən Avropaya hərəkət edən yük qatarlarının sayı - yük daşımaları artacaq". 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bunu "Türkiyə Dəmir Yolları"nın baş direktoru Əli İhsan Uğur deyib. 

Ötən il oktyabr-noyabr aylarında Çinin Sian şəhərindən çıxmış yük qatarının BTQ-dən istifadə etməklə Türkiyənin Ankara şəhərinə, sonra isə Mərmərə dənizinin altından keçməklə Çexiyanın paytaxtı Praqaya çatdığını xatırladan dəmir yolu rəsmisi bu cür qatarların davamının gələcəyini vurğulayıb. 

"BTQ ilə yükdaşımaların həcminin artması üçün bir sıra görüşlər təşkil etdik və gördük ki, ölkəmizin istehsal etdiyi məhsulların ixracı üçün Orta Dəhliz adlandırdığımız "Dəmir İpək Yolu" nun işə düşməsi lazımdır. Türkiyə yaxın vaxtlarda Çinə öz məhsulları ilə dolu ixrac qatarı göndərməyi planlaşdırır”, - Ə.İ.Uğur əlavə edib. 

Xatırladaq ki, BTQ dəmir yolu xətti 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilib. Bu marşrut Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür, 263 kilometri Gürcüstandan keçir, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi