Politoloq: “Artıq ABŞ, Fransa və Rusiya da Minsk qrupunun olmadığını anlayır”

Politoloq: “Artıq ABŞ, Fransa və Rusiya da Minsk qrupunun olmadığını anlayır” “Artıq Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyənləşdirir”
Analitika
19 Aprel , 2022 13:44
Politoloq: “Artıq ABŞ, Fransa və Rusiya da Minsk qrupunun olmadığını anlayır”

“Artıq Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyənləşdirir”

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib

“Ermənistan, təəssüf ki, öz köhnə vərdişlərindən əl çəkmir. Hər şeyi öz adı ilə deyil, özləri istədiyi kimi çağırmaq onların köhnə adətidir. Qarabağı “Arsax” kimi çağırırdılar. Hərçənd ki, o qondarma qurumdur. Amma onlar üçün “müstəqillik” qazanmış “respublika” idi. Hələ bizi də məcbur etmək istəyirdilər ki, bu terminlə razılaşaq. Onlar keçmişdə Azərbaycan-Ermənistan təmas xəttini dövlət sərhəddi adlandırırdılar. Biz deyirdik ki, bu, təmas xəttidir. Qondarma ad qoymuşdular. Biz həmin təmas xəttini, qondarma rejimi də dağıtdıq”, - siyasi icmalçı vurğulayıb.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Politoloqun fikrincə, hazırda ATƏT-in Minsk qrupu ilə bağlı da eyni mənzərə yaranıb:

“Minsk qrupunu köhnə adla çağırırlar. Eyni zamanda, bu termini dirçəltmək istəyirlər. Bu da yolverilməzdir. Bunlar siyasi oyunlardır və biz bu mərhələni keçmişik. Bir daha bu oyunlarda iştirak etmək niyyətində deyilik. ABŞ, Fransa, Rusiya da anlayır ki, Minsk qrupu yoxdur. Onu bərpa etmək mümkün olmayacaq. Ona görə vəziyyətə uyğun addımlar atırlar. Eyni ilə postmünaqişə dövründə fəal rol oynamaq niyyətindədirlər və bunu gizlətmirlər”.

Onun sözlərinə görə, artıq Vaşinqton, Paris və Moskvanın bölgəyə yanaşa vasitələri dəyişib, yeni reallıqda yeni vasitələr tətbiq etməyə çalışırlar:

“Bu uğurdur və ondan xəbər verir ki, artıq Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyənləşdirir. Bu reallıqlar digər ölkələrin siyasətinə də təsir göstərir. Aparıcı dövlətlər anlayırlar ki, Azərbaycanın siyasəti nəticəsində yaranan reallıq regionda gedən prosesləri müəyyənləşdirəcək və buna uyğun addımlar atmaq lazımdır. Hər bir ölkənin maraqları var və bu maraqları təmin etmək üçün reallıqlarla hesablaşmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi