Gürcü ekspertlər Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı yüksək qiymətləndiriblər

Gürcü ekspertlər Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı yüksək qiymətləndiriblər “Azərbaycan tərəfinin əsirlikdə olan iki əsgərinin müqabilində saxlanılan 32 erməniəsilli şəxsi qarşı tərəfə qaytarması ölkənin hər bir əsgərinə necə qiymət verdiyini bir daha sübut edir”.
Analitika
8 Dekabr , 2023 08:05
Gürcü ekspertlər Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı yüksək qiymətləndiriblər

Gürcü siyasi ekspert Giorgi Goqua hesab edir ki, Azərbaycan tərəfinin 32 erməni əsgərini iki əsir düşmüş hərbçisinə dəyişməsi ölkə rəhbərliyinin hər bir vətəndaşına verdiyi qiymətin göstəricisidir.

“Report”un Gürcüstan bürosuna açıqlama verən ekspert deyib ki, tərəflərin yaxında sülh müqaviləsi imzalayacayı hiss olunur: "Hər iki ölkənin diplomatları da mövqelərini uzlaşdırmağa hazırdırlar. Sülh müqaviləsinin imzalanması ilə Azərbaycan regionun güclənməsi ilə yanaşı, Ermənistanı da düşdüyü bataqlıqdan xilas etmək istəyir".

Əsirləri dəyişdirməsi prosesini şərh edən siyasi bloqçu Giorgi Caxaya isə ömürlük həbs cəzasına məhkum edilmiş Hüseyn Axundovun azadlığa qovuşduğunu söyləyərək bu addımı “Ermənistan tərəfdən həqiqi sülhə atılan ən mühüm addım” kimi qiymətləndirib:

“Bu onu sübut edir ki, istəyəndə ortaq dil tapmaq olur. Baş verənlər də sülh müqaviləsi ilə yekunlaşacaq”.

Digər gürcü politoloq Simon Kopadzenin sözlərinə görə, bu xəbər günün ən möhtəşəm xəbəridir:

“Əsirlərin dəyişdirilməsi sülhə doğru ciddi addımlar atıldığını sübut edir. Bu addımı sadəcə alqışlamaq lazımdır”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi