Türkiyəli nazir: Azərbaycanla əhalinin məşğulluğunun artırılması istiqamətində birgə fəaliyyət göstəririk
- 05 dekabr, 2025
- 13:25
Azərbaycanla Türkiyə əhalinin məşğulluğun artırılması istiqamətində birgə fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanla Türkiyənin əmək, məşğulluq və sosial sahədə hədəfləri eynidir:
"Biz həqiqətən, qardaş kimi birlikdə çalışırıq. Xüsusilə, hər iki ölkənin vətəndaşlarının rifah səviyyəsinin artırılması, sosial təminat hüquqlarının qorunması və məşğulluğun artırılması istiqamətində birgə fəaliyyət göstəririk. Bu çərçivədə işçi qüvvəsinin mobilliyi çox vacibdir. Regionda işçi qüvvəsinin hərəkətliliyinin Türk Dövlətləri Təşkilatı tərəfindən tənzimlənməsini istəyirik. Biz təşkilata üzv ölkələrin prezidentləri və əmək nazirləri ilə birlikdə bu istiqamətdə işlərimizi davam etdirəcəyik".