Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin iqtisadiyyat, ticarət, investisiya və maliyyə sahəsində əməkdaşlığı üzrə yol xəritəsi hazırlayıb.
"Report"un məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin Qəbələdə keçirilən 12-ci sammitində bildirib.
S.Japarov, həmçinin elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında saziş imzalaması barədə Qırğızıstan tərəfinin təşəbbüsünü vurğulayıb. Bu da rəqəmsal sənədlərin hüquqi baxımdan tanınmasını təmin edəcək.