Bahrom Aşrafxanov: Daşkənd, Aşqabad və Bakının yaxınlaşması regionda sülh və sabitliyi möhkəmləndirəcək

Azərbaycan, Özbəkistan və Türkmənistanın daha da yaxınlaşması sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq məkanının formalaşmasına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunan "Türkmənistanın bitərəfliyi – sülhün və etimadın aydın yolu" kitabının təqdimatında bildirib.

Onun sözlərinə görə, Özbəkistan Azərbaycanla tarixi, mənəvi və mədəni yaxınlığa, qarşılıqlı dəstəyə və strateji maraqların üst-üstə düşməsinə əsaslanan strateji tərəfdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Bundan başqa, o, Özbəkistan-Türkmənistan əməkdaşlığının mehriban qonşuluq və strateji qarşılıqlı fəaliyyət prinsipləri əsasında fəal inkişaf etdiyini qeyd edib.

Digər xəbərlər