İtaliya Azərbaycanın 8 beynəlxalq təşəbbüsünə qoşulub.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
O, İtaliyanın Azərbaycanın 8 beynəlxalq təşəbbüsünə qoşulduğunu vurğulayıb: "İtaliya nümayəndə heyəti COP29 və WUF-da yüksək səviyyədə iştirak edib".
Nazir deyib ki, iki ölkənin universitetləri arasında akademik mübadilə proqramlarının mövcudluğunu da xatırladıb:
"Ən önəmlisi isə Azərbaycan-İtaliya universitetidir ki, orada hazırda 640 tələbə təhsil alır, 8 bakalavr, 2 magistr proqramı uğurla tədris edilir".