Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri noyabrın 21-də başa çatıb.
"Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola saldılar.